AZ

COP29 dizayn və brendinqini həyata keçirən azərbaycanlılar kimdir? - VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi Bakı Stadionunun brendinqi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanıb.

Bizim.Media xəbər verir ki, art komandanın işi COP29-a hazırlıq müddətində müxtəlif miqyaslı tədbirlərin və məkanların merçendayz və promo məhsulların dizaynı, uniformaların, şəhər brendinqi və sosial şəbəkə vizuallarının hazırlanmasından ibarətdir.

Tədbirin məqsədini ölkəyə və dünyaya çatdırmaq üçün şəhər boyunca vizuallar, instalyasiyalar, tədbir iştirakçılarının əsas məkanlara əlçatanlığının yaradılması üçün yol-işarə lövhələrinin dizaynını həyata keçirib.

Həmçinin komanda həm şəhər həm də tədbir üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin brendləşməsini də təmin edib. Bundan əlavə könüllülər mərkəzi, uniforma paylanması və akreditasiya mərkəzi üçün hazılanmış vizual həllər ziyarətçilərə məkan ilə əlaqə yaratmaqda kömək edərək qüsursuz təcrübə təklif edib.

Komandanın sosial media platformaları üçün hazırladığı vizuallar COP29-un missiyasının qlobal auditoriyaya çıxmasını təmin edib. Ən əsası isə komanda tədbirin keçiriləcəyi məkanın perimetrindən başlayaraq müxtəlif ölçülü işarə lövhələri dizayn edib. Həm mavi həm də yaşıl zonada onlarla görüş otaqları, media mərkəzi, plenar zallar üçün vizuallar da COP29 Azərbaycan Əməliyyat Şirkətinin art komandası tərəfindən təmin olunub.


Bizim.Media

Seçilən
6
50
bizim.media

10Mənbələr