AZ

“Zirə”nin zədəli kapitanının son durumu bəlli oldu

Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la görüşündə ikili mübarizə zamanı zədələnərək görüşün 13-cü dəqiqəsində zədələnən "Zirə"nin kapitanı Qismət Alıyevin vəziyyəti bəlli olub.

Bizim.Media xəbər verir ki, topuğundan zədələnən Alıyev artıq müalicəyə başlayıb.

Belə ki, “Qarabağ”la matçda topuğundan zədələnən Alıyevin qısa müddətdə müalicə aldıqdan sonra məşqlərə başlayacağı gözlənilir.

Onun növbəti tura qədər hazır ola biləcəyi ehtimal edilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr