AZ

"Magnit" supermarketi qarət olundu


Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən "Magnit" supermarketi növbəti dəfə qarət olunub.

News24.az bildirir ki, hadisə 10 noyabr gecə təxminən saat 04:00 radələrində baş verib.

Məlumata əsasən, qrup şəklində naməlum şəxslər supermarketin ön şüşəsini sındıraraq içəri daxil olub. Onlar müxtəlif növ alkoqollu içkilər oğurlayıblar. İnsident nəticəsində mağazaya 1000 lariyə qədər zərər dəyib.

Hadisə ilə bağlı istintaq başladılıb, lakin hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, bu, "Magnit" supermarketinin artıq altıncı qarət hadisəsidir.

Ağa 


Seçilən
37
news24.az

1Mənbələr