AZ

14 nəfər Azərbaycana readmissiya olunub

Oktyabr ayında Dövlət Miqrasiya Xidməti (DMX) 14 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Almaniya və İsveçdən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Seçilən
18
7
bakivaxti.az

8Mənbələr