AZ

“SOCAR iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl təşəbbüs”lərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradıb.

Publika.az SOCAR-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov COP29 çərçivəsində “Yaşıl Zona”da SOCAR-ın təşkilatçılığı ilə “SOCAR-ın dekarbonizasiya sahəsində fəaliyyəti: çətinliklər və nailiyyətlər” mövzusunda tədbirində çıxışı zamanı bildirib.

M. Cabbarov açılış nitqi ilə çıxış edərək, tədbirin COP29 çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

İqtisadiyyat naziri dekarbonizasiyanın Azərbaycanın enerji siyasəti üçün prioritet sahə olduğunu və ölkəmizdə bu istiqamətində irimiqyaslı tədbirlər həyata keçirildiyini bildirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edərək qlobal dekarbonizasiya səylərinin artırılmasının, “yaşıl enerji” imkanlarının genişləndirilməsinin və bu istiqamətdə qabaqcıl təcrübələrin bölüşülməsinin zəruriliyi diqqətə çatdırıb. R. Nəcəf enerji transformasiyasına nail olmaq üçün SOCAR-ın beynəlxalq təşkilatlar və təcrübəli şirkətlərlə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JBIC) baş direktoru təqdimatla çıxış edərək sözügedən bankın dünyanın müxtəlif ölkələrində dəstəklədiyi yaşıl layihələr və aşağı karbonlu texnologiyalar haqında ətraflı bəhs edib. Təqdimatda, həmçinin SOCAR ilə dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması xüsusi vurğulanıb. Memorandumun karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə JBIC arasında əməkdaşlığın təşviqini nəzərdə tutduğu qeyd olunub.

Seçilən
10
5
publika.az

7Mənbələr