AZ

Nazir müavini: Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib

 

Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib. Ötən il bizdə 147 hadisə qeydə alınıbsa, bu ilin ötən dövründə onların sayı artıq 109-dur. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin son hesabatlarında istilik dalğalarının tezliyində və müddətində artım qeyd olunur. Azərbaycanda da istilik dalğaları çoxalıb.

"Operativ Media" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29-da “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun, Səhiyyə Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tədqiqatları, metodologiyanın işlənib hazırlanması və əlaqələndirilmiş işi yeni növ məhsulun, yəni tibbi-meteoroloji proqnozların və xəbərdarlıqların buraxılması üçün əsas olub.

Bu proqnozlar həm ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar, həm də bütövlükdə əhali üçün hazırlanıb. İsti dövrdə istilik dalğalarının başlaması barədə erkən xəbərdarlıq istivurma və günvurma diaqnozu ilə təcili yardım çağırışlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. İsti günlərin sayının artmasına baxmayaraq, əhalinin məlumatlandırılması nəticəsində əvvəlki dövrlə müqayisədə təcili tibbi yardıma müraciətlərin sayı xeyli azalıb", - deyə nazir müavini bildirib.

Seçilən
7
9
operativmedia.az

10Mənbələr