Müğənni Mansur Samedin (Mənsur Səmədov) ölüm xəbəri yayılıb.
Day.Az Sfera.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, müğənninin beyninə qan sızıb və o həyatını itirib.
Bu barədə açıqlama verən onun köməkçisi Orxan Nəbizadə bildirib ki, hazırda müğənni xəstəxanalardan birinə yerləşdirilib:
"O xəstəxanalardan birinə yerləşdirilib. Beyninə qan sızıb, onun yanına gedirik".