Bakı.Trend:
Noyabrın 15-də Şirvanşahlar Sarayında Bakıda keçirilən BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Planet iləsöhbət” adlı eko-yaradıcılıq sərgisi açılıb.
Bu barədə Trend-ə“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan məlumat verilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi vəBakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “SərhədsizDiplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü iləhazırlanan sərginin əsas məqsədi, insanların təbiət qarşısında olanməsuliyyətini vurğulamaqdır.
Sərgidə 8-11 yaş arasındakı uşaqların yaratdığı əl işlərinümayiş olunur. Bu əsərlər vasitəsilə uşaqların təbiətə olansevgisi və qayğısı, eləcə də Yer kürəsinin ekoloji problemləriözünəməxsus şəkildə ifadə olunur. Sərginin “Mənim xoşbəxt dünyam”adlı bölməsində gənc yaradıcılardan hər biri, təbiətdə baş verəndəyişikliklərə və ekoloji böhrana dair öz baxışlarını fərqliformalarla təqdim edir.
Sərginin açılış mərasimində çıxış edən “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev,Milli Məclisin sədrinin müavini Musa Qasımlı, Bakı Avropa liseyinindirektoru Zülfiyyə Veysova çıxış edərək belə tədbirlərin uşaqlarınekoloji şüurunun formalaşmasında mühüm rol oynadığınıvurğulayıblar.
Sərgi, ziyarətçiləri Şirvanşahlar Sarayının girişində yerləşən“Sülh Ağacı” installyasiyası ilə qarşılayır. Burada nümayiş olunanəsərlər, təbiətlə harmoniya içində yaşamağa və gələcək nəsillərətəmiz və yaşanabilir bir dünya buraxmağa dair dərin fəlsəfidüşüncələri təcəssüm etdirir.
Noyabrın 30-dək davam edəcək “Planet ilə söhbət” sərgisi həmuşaqlar, həm də böyüklər üçün ekoloji məsuliyyətin vacibliyinixatırladaraq, təbiətə və planetimizə olan bağlılığı daha damöhkəmləndirir.