AZ

Ermənipərəst konqresmen Pallone Bakıda jurnalistlərlə görüşməkdən qorxdu- FOTO

Image

ABŞ Konqresinin ermənipərəst üzvü Frenk Pallon azərbaycanlı jurnalistlərin olduğu mətbuat konfransına çıxmayıb. Trend xəbər verir ki, noyabrın 16-da Bakıda keçirilən COP29 sammiti çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın nümayəndə heyəti üzvlərinin iştirakı ilə iki mətbuat konfransı keçirilib. Lakin Pallone Azərbaycan mətbuatı ilə hər iki görüşə məhəl qoymayıb.

Xatırladaq ki, Frank Pallone COP29 konfransında iştirak etmək üçün bu gün Bakıya gəlib.

Ermənilərə xüsusi sevgisi ilə tanınan Pallone COP29-un keçirildiyi Bakı Olimpiya Stadionuna gəlib. Burada jurnalistlər onu sual atəşinə tutublar. Jurnalistlər erməni lobbiçisinə cavablanması çətin olan suallar verib, onun mövqeyinin "qiymətini" öyrənməyə çalışıblar.

Media nümayəndələrinin sərt suallarından qorxan Pallone heç bir suala cavab vermədən qaçmağı seçib.





Seçilən
17
1
baki-xeber.com

4Mənbələr