İsrail Prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı İsrailin Prezident Aparatı məlumat yayıb.
Məlumatda İsrail lideri İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərinin ləğv edildiyi açıqlanıb.
Sözügedən səfərin ləğv edilməsinin səbəbi kimi vəziyyətin qiymətləndirilməsindən sonra ortaya çıxan “təhlükəsizlik narahatlıqları” göstərilib.