AZ

Bu rus Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi ola bilər

Moskvada doğulan və 11 yaşına qədər Rusiyada yaşayan Boris Epşteyn ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi postunu tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Epşteyn özü belə bir təkliflə Trampın təyyarəsinin göyərtəsində uçuş zamanı çıxış edib.

Nəşr qeyd edir ki, bu ideya siyasətçinin bəzi ətrafını təəccübləndirib, lakin Tramp bununla maraqlanıb və yekun cavab verməsə də, onu rədd etməyib.

Epşteynin diplomatik təcrübəsinin olmaması və Arizonada 2020-ci il seçkiləri ilə bağlı yarımçıq qalan işləri Epşteynin təyin olunmasına əsas maneələr kimi göstərilir.

Buna baxmayaraq, əvvəllər Trampın yeni seçki kampaniyasında baş məsləhətçi vəzifəsində çalışmış və komandasında mühüm rollar oynamış Epşteyn keçmiş prezidentin ətrafındakı nüfuzlu fiqurlardan biri olaraq qalır.

Seçilən
10
5
publika.az

7Mənbələr