AZ

Bayden və Cinpin APEC Sammitində görüşüblər

Perunun paytaxtı Limada keçirilən Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində ABŞ prezidenti Co Bayden ilə Çin lideri Si Cinpin görüşüb.

“İki sahil” xəbər verir ki, Çin və ABŞ-ın bütün dünyanın maraqlarını nəzərə alaraq hərəkət etməli və təlatümlü dünyaya daha çox aydınlıq və müsbət enerji əlavə etməli olduğunu ifadə edən Si, “Çin və ABŞ iki böyük ölkə kimi bu planetdə uzunmüddətli sülh yaratmaq məqsədi ilə bir araya gəlmək üçün yollar axtarmağa davam etməlidirlər. Birgə yaşayışı həyata keçirmək lazımdır", - deyə əlavə edib.

Si deyib ki, iki ölkə bir-birini düşmən görsə, münasibətlər dalana dirənəcək və xaosa sürüklənəcək, lakin bir-birini dost və tərəfdaş kimi görsələr, münasibətlərdə ciddi irəliləyiş əldə edəcəklər.

Çin lideri noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-ın 47-ci prezidenti seçilən respublikaçı Donald Trampın yeni administrasiyası ilə işləməyə hazır olduqlarını vurğulayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
26
ikisahil.az

1Mənbələr