AZ

Çin lideri ABŞ Prezidenti ilə görüşdü

Çin Xalq Respublikasının Sədri Si Cinpin Perunun paytaxtı Limada keçirilən APEC sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb.

 

Senzor.az bildirir ki, görüş barədə açıqlama yayan Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin və ABŞ iki böyük dövlətin qarşılıqlı əlaqəsi üçün düzgün yolu tapmağa davam etməlidir. 

 

Pekin münasibətlərin sabitləşməsi istiqamətində dialoqu davam etdirməyə, əməkdaşlığı genişləndirməyə hazırdır.

 

Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında ziddiyyətlər və fikir ayrılıqları qaçılmazdır, lakin onlar bir-birinin əsas maraqlarına xələl gətirməməli, münaqişə və qarşıdurmalardan bəhs etməməlidirlər.

 

“Əgər iki ölkə tərəfdaş olsalar və fikir ayrılıqlarını qoruyaraq ortaq nöqtələr axtarsalar, Çin-ABŞ münasibətlərində əhəmiyyətli irəliləyiş əldə edilə bilər”, - deyə Çin lideri vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Prezidenti Çin Xalq Respublikasının Sədri ilə görüşdən əvvəl KİV-ə verdiyi açıqlamada “ABŞ və Çin hipotetik münaqişənin qarşısını almaq üçün tədbirlər görməlidirlər və onların münasibətləri rəqabətə davamlı olmalıdır” demişdi. 

 

Onun sözlərinə görə, iki ölkə öz rəqabətinin münaqişəyə çevrilməsinə imkan verə bilməz: “Həmişə bir-birimizlə razılaşmamışıq, amma söhbətlərimiz həmişə səmimi və açıq olub. Biz heç vaxt bir-birimizə lağ etməmişik və bərabər səviyyədə olmuşuq. Düşünürəm ki, bu həyati əhəmiyyət kəsb edir. Belə söhbətlər yanlış hesablamaların qarşısını alır və ölkələrimiz arasında rəqabətin münaqişəyə çevrilməməsini təmin edir - münaqişə yox, rəqabət olsun. Bu, bizim xalqımız qarşısında və sizin dediyiniz kimi, bütün dünya xalqları qarşısında məsuliyyətimizdir.

 

Biz bütün dünyada ən mühüm müttəfiqik və bir-birimizlə necə anlaşacağımız dünyanın qalan hissəsinə təsir edə bilər. Ona görə ölkələrimiz rəqabətin münaqişəyə çevrilməsinə imkan verə bilməz. Bu, bizim məsuliyyətimizdir və mən hesab edirəm ki, son dörd ildə biz sübut etdik ki, belə bir əlaqə mümkündür”.

Seçilən
4
3
senzor.az

10Mənbələr