Azərbaycan qadın futbol komandasının üzvü Nigar Mirzəliyeva Rusiyada titul qazanıb.

Offsideplus.az xəbər verir ki, o, "Zenit" heyətində ölkə çempionu olub.

Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edərək mövsümü məğlubiyyətsiz bitirib.

Qeyd edək ki, Nigar Mirzəliyeva bu mövsüm "Zenit"in heyətində 7 oyuna çıxaraq 1 qol vurub.