Argentina vergi və ətraf mühitlə bağlı müddəalarla razılaşmadığı üçün Braziliyada keçirilən İyirmilik Qrupunun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyir.Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Argentina hökuməti Braziliyada keçirilən G20 zirvə toplantısını köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir" – bu barədə Braziliya rəsmilərindən biri qəzetə deyib.
Onun sözlərinə görə, bir illik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerdə problemlər yaradırlar.Buenos-Ayresin etirazları "ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi” məsələlərinə aiddir.
www.anews.az