Bu gün Kiyevdə qumbaradan istifadə etməklə polis əməkdaşlarına cəhd edilib.
Publika.az xəbər verir ki, bu barədə Strana.ua hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib, Peçersk polis şöbəsinə ailədaxili zorakılığın qurbanı olduğunu bildirən bir qız zəng edib.
Hadisə yerinə gedən patrul əməkdaşları şikayətçi ilə telefonla əlaqə saxlayıblar. O, mənzildə olduğunu deyib və polisdən içəri daxil olmasını istəyib və əlavə edib ki, qapılar açıqdır.
Polislər mənzilə girəndə "F-1" qumbarası olan bir telefonla ilə rastlaşıblar və o, partlayıb.