Tesla və SpeysX şirkətlərinin qurucusu İlon Mask texnologiya dünyasını silkələyəcək yeni bir ixtira ilə gündəmdədir. Mask avtomobil sənayesində böyük bir inqilaba səbəb ola biləcək su ilə çalışan motoru təqdim etdiyini açıqlayıb.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu yeni texnologiya “Tesla”nın enerji mənbələrində fokusunu batareya gücündən hidrogen gücünə dəyişdirdiyini göstərir.
Su motorunun xüsusiyyətləri
Elon Mask su ilə işləyən bu motorun yalnız avtomobil sektorunda deyil, həm də enerji sənayesində böyük dəyişikliklərə səbəb olacağını vurğulayıb. Onun sözlərinə görə, bu mühərrik enerji istehlakında səmərəliliyi artıracaq, ətraf mühitə olan təsiri minimuma endirəcək və avtomobil sənayesinin karbon izini ciddi şəkildə azaldacaq.
Mask bu texnologiyanı sadəcə bir alternativ olaraq deyil, mövcud avtomobil və enerji sektorlarını kökündən dəyişdirə biləcək, yox edəcək bir yenilik olaraq təqdim edir. Yeni mühərrikin işləmə prinsipi hidrogenin suyun tərkibindən əldə edilərək enerjiyə çevrilməsi ilə bağlıdır. Bu isə benzin və dizel kimi fosil yanacaqlara olan asılılığı azaldaraq daha təmiz və dayanıqlı enerji mənbəyi təqdim edir.
Avtomobil sənayesində inqilab
“Tesla”nın yeni texnologiyası, ənənəvi avtomobil istehsalçılarını ciddi rəqabətlə üz-üzə qoyacaq. Su mühərriki təkcə elektrikli avtomobillər üçün alternativ olaraq deyil, həm də mövcud daxili yanma mühərriklərini əvəz edə biləcək bir texnologiya kimi qəbul edilir. Mask bu ixtira ilə avtomobil sektorunu “yox edib, yenidən yaradacağını” və enerji sənayesində yeni standartlar müəyyən edəcəyini bildirib.
Hidrogen texnologiyasının üstünlükləri
Hidrogen gücü daha təmiz enerji mənbəyi olaraq son illərdə böyük maraq doğurur. Suyun tərkibindəki hidrogen atomlarının ayrılaraq enerji istehsal etməsi prosesi karbon qazı emissiyasını tamamilə aradan qaldırır. Elon Mask bu texnologiyanın tətbiqi ilə avtomobillərin daha yüngül, səmərəli və ekoloji cəhətdən daha təmiz olacağını vurğulayır.
İlon Maskdan gələcək planların anonsu
İlon Mask bu texnologiyanın təkcə “Tesla”nın deyil, bütün avtomobil sənayesinin gələcəyini dəyişdirəcəyini qeyd edib. O, su mühərrikinin kütləvi istehsalına başlanacağını və bu texnologiyanın digər sənaye sahələrində də tətbiq ediləcəyini bildirib. Mask, “Biz bu texnologiya ilə yalnız avtomobil sektorunu deyil, enerji sənayesini də dəyişdirəcəyik” deyə əlavə edib.