AZ

Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi

ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

“Reuters” agentliyi isə yazır ki, Ukrayna yaxın günlərdə ilk hücumlarını həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olsa da, ABŞ bu zamana  qədər icazə vermirdi. Qərb liderlərinin bu məsələ ilə bağlı müzakirələrini şərh edən Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, ölkəsinə uzaqmənzilli silahlardan zərbə endirmək üçün icazə verilməsi ABŞ və digər NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirakı deməkdir./Qafqazinfo/

Seçilən
1
8
yenicag.az

10Mənbələr