Sumqayıtda mənzildən üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə 26-cı məhəllədə baş verib.
68 yaşlı Dadaş Rafəddin oğlu Nəzərovun meyiti tək yaşadığı ünvanda tapılıb.
Meyit aşkarlanan zaman üzərində zorakılıq əlamətləri olub. Mərhumun oğlu onun mənzildə yıxılaraq öldüyünü ehtimal edir.