AZ

Almaniya iqtisadiyyat bu tariflərə görə 41,2 mld. avro zərər görə bilər

Fins.az - Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti Yoaxim Nagel xəbərdarlıq edib ki, ABŞ-ın gələcək prezidenti Donald Trampın idxal tarifləri tətbiq etməsi Almaniya ÜDM-inin 1%-ə qədər azalmasına səbəb ola bilər. Bu, 41,2 milyard avroya bərabər potensial itki deməkdir.

Nagel Die Zeit həftəlik nəşrinə verdiyi müsahibədə bildirib ki, tariflərin tətbiqi Almaniya iqtisadiyyatına ağır zərbə vuracaq: 

“Əgər tarif planları həyata keçirilsə, bu, Almaniyanın iqtisadi istehsalının bir faizinə başa gələ bilər.”

Bundesbank prezidentinin sözlərinə görə, bu tədbirlər Almaniya iqtisadiyyatında mövcud durğunluq fonunda daha da dağıdıcı təsir göstərə bilər. Ölkə bu il iqtisadi artım nümayiş etdirməyib və 2025-ci ildə də ÜDM-in 1%-dən az artacağı gözlənilir.

Nagel əlavə edib ki, tariflərin tətbiqi Almaniyanın iqtisadiyyatını mənfi zonaya itələyə bilər: 


“Əgər yeni tariflər həqiqətən tətbiq olunsa, biz hətta iqtisadi geriləmə ilə üzləşə bilərik.”

Die Zeit nəşri isə qeyd edir ki, Almaniya hökuməti artan iqtisadi böhran fonunda ciddi çətinliklərlə üzləşir. Eyni zamanda, ölkənin əsas ticarət tərəfdaşı olan ABŞ-da proteksionist baxışlara malik prezidentin seçilməsi əlavə risklər yaradır.

Buna baxmayaraq, Avropa İttifaqı ABŞ-dan idxalı davam etdirir. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Donald Tramp ilə apardığı danışıqlarda ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artırılmasının zəruriliyini müzakirə edib. Lyayen bu addımı Rusiya qazına olan asılılığın azaldılması baxımından əhəmiyyətli hesab edib.

Ekspertlər hesab edirlər ki, Almaniya iqtisadiyyatı üçün bu vəziyyət təkcə ticarət siyasətindən deyil, həm də qlobal iqtisadi dinamikadan asılı olacaq. ABŞ-ın tarif siyasətinin necə inkişaf edəcəyi isə yaxın gələcəkdə Avropa iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Seçilən
5
11
fins.az

10Mənbələr