AZ

Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdimolunmağa hazırdır.

Trend xəbər verir ki, bunuekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti MuxtarBabayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"ndadeyib.

"Ambisiyaların artırılması Milli Müəyyən Edilmiş Töhfələr, MilliUyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasınıtələb edir.

Şəffaflıq COP29 prezidentliyinin bu prosesin lap əvvəlindənprioriteti olub. Bu gün mən İkiillik Şəffaflıq Hesabatlarına vəCOP29 prezidentliyinin iqlim fəaliyyətlərində şəffaflığı necədəstəklədiyinə diqqət yetirmək istəyirəm. Şəffaflıq beynəlxalqproseslərə olan etimadı və inamı gücləndirir. O, məsuliyyətimiziartırır və iqlim fəaliyyətlərinə dair ambisiyaların artırılmasınatöhfə verir.

İlk növbədə, etibarlı məlumatlara çıxış iqlim dəyişikliyinintəsirlərinin azaldılması, uyğunlaşma və dəstək vasitələrinin icrasısahəsində tərəqqinin qiymətləndirilməsinə kömək edir. Bu, dəstəyigücləndirir və milli iqlim fəaliyyətlərinə istiqamət verir.

Məmnuniyyətlə bildirirəm ki, Azərbaycanın İkiillik ŞəffaflıqHesabatı bu həftə təqdim olunmağa hazırdır. Şəffaflıq, həmçinin,ölkələrin iqlim fəaliyyətləri üzrə potensialını daha yaxşıanlamasına və ehtiyaclarını müəyyən etməsinə kömək edir.

Bu, ehtiyacı olan ölkələr, o cümlədən, həssas icmalar üçündəstəyin yönəldilməsi üçün zəruri məlumatları təmin edir. Bu, əlavətədbirlər və investisiyalar tələb olunan sahələrdə məqsədyönlüdəstək deməkdir", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr