AZ

Fransa və İngiltərə də Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verdi

Fransa və Böyük Britaniya da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Le Figaro nəşri yazıb. 

Mənbə qeyd edir ki, Paris və London Kiyevə öz SCALP və Storm Shadow raketləri ilə hücumlar etməyə icazə verib.
 

Bundan əvvəl Amerika mediası Co Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Birləşmiş Ştatların verdiyi silahlardan istifadə etməsinə mane olan məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.


Mənbələr qeyd ediblər ki, ilk belə zərbələrin 306 km-ə qədər mənzilli ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcəyi ehtimal edilir.

Bizim.Media

Seçilən
12
39
bizim.media

10Mənbələr