AZ

Dünya müharibəsi QAPIDA: Putin Baydenə cavab olaraq Britaniya və Fransa sahillərində...

ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisini vurması üçün Birləşmiş Ştatların uzaqmənzilli raketlərindən istifadəsinə icazə verib.

Paytaxt.org xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ administrasiyasının anonim nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, söhbət ATACMS raketlərindən gedir.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl ABŞ-ın uzaqmənzilli silahlarının Rusiya ərazisinə hücumları barədə danışıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Kreml rəhbərinin Baydenin qərarı ilə bağlı reaksiyasını şərh edərkən bildirib.

"Prezident bu məsələ ilə bağlı danışıb", - deyə vurğulayıb.

Xatırladaq ki, Putin bir qədər əvvəl bəyan etmişdi ki, Qərbin Rusiyaya qarşı uzaqmənzilli dəqiq silahlardan istifadə etməsi NATO ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakı demək olacaq.

"Moskva Kiyevə Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmaq hüququnun verilməsinə cavab olaraq Böyük Britaniya və Fransa sahillərində nüvə zərbəsini nəzərdən keçirməlidir". Bu fikri isə “National Defense” jurnalının baş redaktoru İqor Korotçenko "RİA Novosti"yə müsahibəsində bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyəcəyi təqdirdə, Rusiyanın qətiyyətini nümayiş etdirmək üçün Böyük Britaniya və Fransa sahillərindəki dəniz zonasında nümayişi nüvə zərbəsi ilə bağlı sual yarana bilər", - deyə Korotçenko qeyd edib. //Publika.az

Seçilən
3
2
paytaxt.org

10Mənbələr