AZ

Azərbaycan və Slovakiya yaşıl enerji sektorunda texnologiya və təcrübə mübadiləsi imkanlarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında paylaşım edib.

"Azərbaycan və Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, ticarət, investisiya və energetika sahələrində tərəfdaşlığın genişləndirilməsi, yaşıl enerji sektorunda texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikirlərimizi bölüşdük. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyini vurğuladıq", - nazir qeyd edib.

Seçilən
1
1
operativmedia.az

2Mənbələr