Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
APA-nın xəbərinə görə, bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə rəyində əksini tapıb.
Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur.
2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.