Bakı. Trend:
20 noyabrda Bakıda COP29 çərçivəsində “Beynəlxalq aviasiya vəiqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli tədbirkeçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə ƏrəbistanıKrallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki AviasiyaTəşkilatının (ICAO) birgə təşkilatçılığı ilə təşkil ediləcək butədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini vəmaraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyasısahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün biraraya gətirəcək.
Paneldə nələr müzakirə ediləcək?
- Aviasiya sahəsində emissiyaların azaldılması üçün güclü vəqabaqlayıcı qlobal tədbirlər;
- ICAO-ya üzv dövlətlərin və aviasiya sənayesinin 2050-ci iləqədər “Xalis Sıfır” (Net Zero) məqsədinə nail olmaq üçün digərmaraqlı tərəflər və maliyyə institutları ilə əməkdaşlıqimkanları;
- Mülki aviasiya sahəsində emissiyaların azaldılmasına yönəlmişbeynəlxalq siyasət və çərçivələrin daha çox inkişaf etdirilməsinəyaranan ehtiyac;
- “Xalis Sıfır” (Net Zero) hədəfinə nail olmaq üçün sənayelər,akademik dairələr, hökumətlər və beynəlxalq təşkilatların diqqətyetirmələri ən vacib sahələr.
Qeyd edək ki, sözügedən tədbir Nəqliyyat Günü çərçivəsindəkeçiriləcək və panel-müzakirə COP29-da Mavi Zonaya giriş üçünakkreditasiyası olan hər kəs üçün açıq olacaq.