AZ

Kremldən Rusiyanın vurulması ilə bağlı açıqlama

“Kreml “Rusiya Federasiyasına zərbələr üçün icazə” ilə bağlı məlumatlarla hələlik yalnız Qərb mediasından tanışdır”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, ABŞ-nin Rusiya ərazisinə raket zərbələri endirməsi ilə bağlı Rusiyanın mövqeyi sentyabr ayında Prezident Vladimir Putin tərəfindən aydın və birmənalı şəkildə ifadə olunub.

Qeyd edək ki, bir müddət əvvəl “The New York Times” öz mənbələrinə istinadən ABŞ Prezidenti Co Baydenin Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verməsinə dair məlumat yayıb.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

2Mənbələr