Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 097,2 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,3% artaraq 6 676,1 manata çatıb.