Ukrayna ATACMS raketləri ilə Moskva və Sankt-Peterburqa hücum edə bilməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.
Polşa prezidenti Anjey Duda qeyd edib ki, Ukrayna ATACMS raketləri ilə Moskva və Sankt-Peterburqa hücum edə bilməyəcək, çünki onların uçuş məsafəsi 300 kilometrə qədərdir.
KİV xəbər verir ki, Duda eyni zamanda Fransa və Böyük Britaniyanı Kiyevə Rusiya ərazisinə hücum etmək üçün “Storm Shadow”/SCALP raketlərindən istifadə etməyə icazə vermək qərarına görə tərifləyib.
Xuraman Etibarlı
İnterpress.az