Astarada kişi meyiti tapılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Pensər kəndi ərazisində Pensərçaydan rayon sakini 74 yaşlı Əliyarov Allahbağış Əsəd oğlunun meyiti aşkarlanıb.
Qeyd edək ki, A.Əliyarov balıqçı olub. O, noyabrın 14-ü Pensərçaya balıq tutmağa gedibmiş. Bu zaman ayağı sürüşüb və suya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az