"Real Madrid"də oynayan Türkiyəli milli futbolçu Arda Gülər "Real Madrid"də qalıb- qalmayacağı barədə dəqiq qərar verib.
Milli.Az ispaniya mətbuatına istinadən xəbər verir ki, Arda Gülər Real Madriddən icarə əsasında ayrılmağı düşünür.
İspaniya mətbuatı Arda Gülərin qərarını verdiyini və bu qərarı artıq öz ətrafı ilə bölüşdüyünü yazıb. Xəbərə görə, Arda Gülər fasilədə ona gələcək təklifləri dəyərləndirərək Real Madriddən icarə əsasında ayrılmaq istəyir.