1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Biz kənd təsərrüfatında hər şeyin bərpası üçün layihəyə start vermişik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Toqo vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Koku Selom Aqbavito deyib.
O, müstəmləkəçilikdən əziyyət çəkdiklərini bildirib: "Biz torpaqların mənimsənilməsi ilə bağlı qayğıları dilə gətirəndə deyirlər ki, Toqo müstəmləkəçilikdən azaddır. Taxılçılıq, əkinçiliklə məşğul olmaq üçün bizə torpaq lazımdır. Kakao, qəhvə təsərrüfatı ilə məşğul oluruq, lakin Toqoda heç kim çay, kakao içmir".
"Vətəndaş cəmiyyəti olaraq bizim üçün maraqlı olardı ki, bu müstəmləkəçilik kənd təsərrüfatı sahəsində təcrübələrimiz səviyyəsində aradan qaldırılsın. Bunun üçün biz valideynlərimizin dolanışığını təmin edən, təbiəti bərpa edən öz ekoloji kənd təsərrüfatımızı inkişaf etdirməli olacağıq", - deyə K.S.Aqbavito əlavə edib.
O, Bakı Təşəbbüs Qrupuna təşəkkür edib: "Bu, maraqlı hesab etdiyim bir platformadır. Əminəm ki, Toqo icması çox xoşbəxt olacaq, çünki onların səsini beynəlxalq ictimaiyyətə çatdıran ən azı bir təşkilat var".