Rusiyada miqrantlara uşaq bağçalarında işləmək qadağan edilib.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Novosibirsk vilayətində miqrantlara uşaq bağçalarında və taksilərdə işləmək qadağan edilib.
Bundan əlavə, 2025-ci ilin 1 yanvar tarixindən etibarən xarici vətəndaşlara spirtli içki və siqaret satan mağazalarda işləmək də qadağan olunacaq. Qanun qüvvəyə minənə qədər işəgötürənlərə işçi heyətini yeni tələblərə uyğunlaşdırmaq tapşırılıb.
2024-cü ildə Rusiyanın bir sıra regionları miqrantların iş imkanlarına məhdudiyyətlər tətbiq edib. Əksər məhdudiyyətlər ölkədə patent əsasında işləyən əcnəbilərə, o cümlədən Özbəkistan və Tacikistan vətəndaşlarına şamil olunur.
Miqrantların iş imkanlarını məhdudlaşdıran son regionlardan biri isə noyabrın ortalarında taksi və sərnişin nəqliyyatında işləməyi qadağan edən Həştərxan vilayəti olub.