AZ

İsrail Təhlükəsizlik Xidməti rəhbərinin...TÜRKİYƏYƏ GİZLİ SƏFƏRİ

Ötən şənbə günü İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Bar gizli şəkildə Türkiyəyə səfər edib və orada Milli Kəşfiyyat Təşkilatının (MIT) rəhbəri İbrahim Kalın ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə İsrailin “Detali” nəşri məlumat yayıb.

 

Nəşr məlumatlı mənbələrə istinadən yazır ki, görüşdə girovlarla bağlı danışıqların bərpası və Türkiyənin  mümkün yardımı müzakirə edilib.

 

Bundan əvvəl nəşr İsrailin Baş naziri Benyamin Netanyahunun bazar günü girovların azad edilməsi səylərini müzakirə etmək üçün yüksək səviyyəli nazirlərin və təhlükəsizlik qüvvələri  rəhbərlərinin iştirakı ilə iclas çağırdığını bildirmişdi. Ronen Bar Türkiyədəki təmaslarının nəticələri barədə iclas  iştirakçılarına məlumat verib.

 

Güc strukturlarının - "Mossad"ın, ŞABAK-ın rəhbərləri, Baş Qərargah rəisi və Girovların azad edilməsi üzrə qərargahın rəhbəri görüşdə bildiriblər ki, HƏMAS müharibənin dayandırılması və İsrail ordusunun Qəzza zolağından çıxarılması tələblərindən imtina etməyə razı deyil.  Onlar vurğulayıblar ki, əgər hökumət girovların qatrarılmasında maraqlıdırsa, məsələ ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməlidir.

 

Bazar ertəsi Netanyahu Xarici əlaqələr və Müdafiə komitələrinin iclasında bazar günü aparılan müzakirənin ciddi olduğunu bildirib. Qeyd edib ki, "Razılaşmanın olmamasında İsrailin günahkar olduğunu iddia edənlər danışıqlara zərər verirlər."

 

“Detali” həmçinin, Türkiyənin diplomatik dairələrindən adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən xəbər verir ki, əvvəllər Qətərdə uzun müddət yaşamış HƏMAS liderlərinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlər doğru deyil.

 

Senzor.az

 

Seçilən
31
senzor.az

1Mənbələr