AZ

Şoltsun Putinə zəngi Kiyevin müttəfiqlərinin birliyinə xələl gətirir

Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəngi Ukrayna ilə bağlı Avropa ölkələrinin birliyini pozub.

Teleqraf.com xəbər verir ki, bu fikri Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "Reuters" agentliyinə müsahibəsində səsləndirib.

"Bu, sadəcə olaraq birliyimizi və mövqeyimizi zəiflətdi" - o deyib.

Tsaxna əlavə edib ki, Kiyevin müttəfiqləri əvvəllər “Rusiyanı təcrid etməyə” razılıq versələr də, bu söhbət “Qərbin səylərini puça çıxarıb”.


Müəllif: Arzu
Seçilən
39
teleqraf.com

1Mənbələr