AZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 115,1 mln. ton yük, 1 495,7 mln. sərnişin daşınıb. 

Missiya.Az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, hesabat dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd olunan göstəricilər üzrə müvafiq olaraq 8,4% və 9,5% artım qeydə alınıb. 

Məlumata görə, hesabat dövründə sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. 

“Hesabat dövründə yük dövriyyəsi 16,6%, sərnişin dövriyyəsi isə 10,8% artıb”, - məlumatda qeyd olunur.

Seçilən
8
5
missiya.az

6Mənbələr