Cari ilin sonuna 16 min şəhid ailəsi və qazinin evlə təmini mümkün olacaq.
"Cebheinfo.az" apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir deyib ki, bu proqramın icrası növbəti ildə də davam etdiriləcək:
"Bakı şəhərində növbəlilik 2 dəfə icra olunub. Proses davam etdikcə şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik. 7700 nəfərə avtomobillər təqdim etmişik. Bu, Prezidentin və Birinci vitse-pezidentin daim diqqətində olan məsələdir".
Sahil Babayev qeyd edib ki, 2021-2022-ci illərdə saxta əlilliklə dövlət vəsaitlərini mənimsəyən 207 000-dən çox şəxs müəyyən edilib.
"Cebheinfo.az"