AZ

​Rusiya nüvə doktrinasını dəyişdi

Rusiya ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə buna nüvə silahı ilə cavab verə bilər. Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı doktrinanı təsdiqləyib. Putinin imzaladığı fərmana əsasən, Rusiyanın nüvə silahından istifadəsini tənzimləyən şərtlərə bəzi yeniliklər edilib. Yeni doktrinada deyilir ki, bir ölkə nüvə silahına malik başqa bir ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raketlə hücum edərsə, Moskva buna nüvə silahı ilə cavab verə bilər. Həmçinin pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da buraya daxildir.

Qeyd edək ki, ABŞ mətbuatında Vaşinqton administrasiyasının Ukraynaya uzun mənzilli ABŞ silahlarının Rusiya ərazisində məhdud istifadəyə icazə verməsi barədə xəbərlər dərc edilib.

Seçilən
4
metbuat.az

1Mənbələr