AZ

Yeni ildən Azərbaycanda dollar... - Vacib AÇIQLAMA 

Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsi məqsədilə sabit məzənnə rejiminin daha əlverişli olduğunu bildirib.

Referans.az xəbər verir ki, Mərkəzi Bankın əsas mandatı makroiqtisadi sabitliyin qorunmasıdır və bu məqsəd üçün ən uyğun rejim sabit məzənnədir. Həmçinin Mərkəzi Bank gələn illərdə üzən məzənnəyə keçid etməyi planlaşdırmır və bu ilin və növbəti illərin büdcəsində 1,7 manatlıq məzənnə proqnozunun nəzərdə tutulub. Kazımov əlavə edib ki, ortamüddətli dövrdə də sabit məzənnə rejimi ölkənin makroiqtisadi sabitliyini təmin etmək üçün daha uyğun hesab edilir.

Bəs iqtisadçılar bu barədə nə düşünür, yeni ildən dollara manata necə təsir edəcək?

Mövzu ilə bağlı Milli.Az-a iqtisadçı-ekspert Eldəniz Əmirov açıqlama verərək bildirib ki, ekspertlər Mərkəzi Bankın sabit məzənnə rejimi ilə bağlı mövqeyini dəstəkləyirlər. Məzənnənin stabilliyi ölkə iqtisadiyyatının sabitliyini qorumaq üçün vacibdir. Xüsusilə, hazırkı dövrdə üzən məzənnəyə keçid ciddi iqtisadi çətinliklərə yol aça bilər.

"Gələcəkdə hansısa iqtisadi şərtlər tələb edərsə, bu haqda düşünməyə dəyər. Amma hazırki vəziyyətdə həm neftin qiymətləri, həm ölkənin valyuta ehtiyatları, eyni zamanda balansın mövcud vəziyyətləri imkan verir ki, manatın məzənnə stabilliyi qorunub saxlanılsın. Hazırki şəraitdə bununla bağlı təhlükə yoxdur".

Seçilən
1
2
referans.az

3Mənbələr