1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un doqquzuncu günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, 19 noyabr tarixində Mavi Zonada elm və innovasiyaların dayanıqlı ərzaq sistemindəki rolu, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, təhsilin iqlim dəyişikliklərinə təsiri mövzuları müzakirə edilib.
Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü tədbirində iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov müzakirələr nəticəsində əldə edilən uğurları COP-BAKU verilişi ilə bölüşüb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədlərindən danışıb.
"İlk məqsəd indiyə kimi aqrar sahədə olmuş bütün təşəbbüsləri bir araya gətirməkdir. Təşəbbüsün ikinci məqsədi maliyyələşmənin aqrar sahəyə yönləndirilməsinə və daha da artırılmasına nail olmaqdır. Üçüncüsü isə bunların hamısının təsirinin müsbət olması üçün fermerlərə yönləndirilməsidir".
Məcnun Məmmədov davam edən müzakirələrdən kənd təsərrüfatı sahəsi ilə bağlı əsas gözləntilərini açıqlayıb.
"Əsas gözləntimiz məlumatlılığı artırmaqdır. İkinci növbədə sözlərdən real addımlara keçməyə nail olmaqdır. Ölkələrin və müxtəlif qrupların dəstəklərindən görürük ki, bu baş verəcək. Əsas istiqamətimiz su qıtlığına qarşı görülməli tədbirlər, maliyyələşmənin həmin istiqamətdə yönləndirilməsi, daha sonra fermerlərin dəyişən iqlimdə məlumatlandırılmasıdır ki, onlar istehsala həm davam edə bilsinlər, həm də onu artıra bilsinlər", - deyə nazir vurğulayıb.
Ətraflı süjetdə: