Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub.
Msport.az xəbər verir ki, komanda C Liqasının I qrupunun son matçında 0:6 hesabı ilə uduzub.
“Stroberri Arena”da baş tutan qarşılaşmada Deyan Kulusevski (10, 57) dubl edib. Viktor Dyökereş (26, 37, 58, 70) isə poker müəllifi olub.
Qeyd edək ki, bu nəticənin ardından C Liqasını 1 xalla sonuncu sırada başa vuran Fernandu Santuşun rəhbərlik etdiyi yığma D Liqasına yuvarlanıb.