AZ

"Bakımexanizasiyanəqliyyat" bir əsri geridə qoydu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tarixi dəyişikliklərin gətirdiyi çağırışlara cavab olaraq yaradılan "Bakımexanizasiyanəqliyyat" ASC 100 yaşını qeyd edir.
1924-cü ildə "Qafqazenerjimontaj" tresti adı ilə fəaliyyətə başlayan şirkət qısa zamanda Azərbaycanın sərhədlərini aşaraq, Rusiyada bir çox filiallarla xidmət göstərib.
Müəssisə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, özəlləşdirilib və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 20 noyabr 2000-ci ildə "Bakımexanizasiyanəqliyyat" ASC yaradılıb.
Şirkət, əsasən, dövlət əhəmiyyətli meqalayihələrin, eləcə də, irihəcmli özəl tikinti-quraşdırma işlərinin icrası ilə Azərbaycanda öz sözünü deyib.
Yanacaq və su çənlərinin quraşdırılması, boru xətlərinin çəkilişi və təmiri, boruların pasının qumla təmizlənməsi, estakadaların tikintisi, quruda və suda svayların vurulması, asfalt beton yollarının tikintisi, pirslərin salınması, torpaq işləri, binaların tikintisi və təmiri, elektrik xətlərinin çəkilməsi və bütün növ elektrik işlərinin görülməsi, nasosxanaların tikintisi və nasosların quraşdırılması, yanacaq, su çənlərinin və boruların izolyasiyası, hər növ istixanaların tikintisi, su bəndlərinin tikintisi müəssisənin çoxşaxəli fəaliyyət istiqamətlərinin yalnız bir qismidir, desək, yanılmarıq.
ASC-nin təkcə son 20 illik fəaliyyətinə nəzər salsaq, ölkəmizin əsas sənaye sahələrindən olan neft-qaz sektorunda - H.Əliyev adına Bakı Neft Emalı Zavodunda, Bakı Neft Bazasında, "Azərneftyağ" NEZ-də, Dübəndi və Buta obyektlərində, "SOCAR Petroleum" QSC-yə məxsus Neft Terminalı Bazaları ərazisində, Azərsun-Qaradağ Neft və Qaz Terminalında, "Azertrans LTD" MMC-nin Səngəçal Neft Terminalında çənlərin tikintisi, əsaslı təmiri, neft-qaz və boru xətlərinin, su xətlərinin çəkilməsi, kanalizasiya, istilik sisteminin, yanğından mühafizə sisteminin quraşdırılması və digər tikinti işlərinin görülməsi, "Azpetrol LTD" MMC-də Bakı Neft Terminalı, "Azpetrol" Sənqəçal Neft bazasının tikilməsi və quraşdırılmasını misal çəkə bilərik.
Şirkətin fəaliyyət istiqamətləri bununla yekunlaşmır. Belə ki, ASC Masallı və Salyan Olimpiya İdman Kompleksi, Cəlilabad şəhərində modern üslubda 624 şagird yerlik 9 № orta məktəbin tikintisi, eləcə də, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə bir sıra təhsil müəssisələrində yenidənqurma, əsaslı tikinti və təmir işlərini yerinə yetirib.
Şirkət azad olunmuş ərazilərdə də xidmətlər göstərib. Belə ki, "Azərenerji" ASC-nin sifarişi ilə Zəngilan, Cəbrayıl və Kəlbəcər yarımstansiyalarında mühəndis yataqxana korpusları tikilərək təhvil verilib.
"Azərenerji" ASC-nin sifarişi ilə "Xaçmaz REŞ" MMC-nin ərazisində inzibati binanın, qonaq evinin, qarajın tikintisi, anbarın təmiri və abadlıq işləri, "Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-nin inzibati binalarının əsaslı təmiri müəssisənin çoxsaylı işlərinin yalnız bir qismidir.
Şirkət paytaxtın gözəlləşməsi üçün də bir sıra xidmətlər göstərib. Bakı Bulvarının salınması, şəhərin mərkəzində yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsi sahəsində görülən işləri buna misal göstərmək olar.
ASC-nin çoxşaxəli fəaliyyət istiqamətləri bununla yekunlaşmır. Sənqəçal və digər ərazilərdə estakadalar tikilib, "Azərişıq" ASC-nin sifarişi ilə respublika ərazisində 10 KV hava xətləri, KTM-in, 0,4 KV ÖİM xətləri, Neftçala və Sabirabad rayonlarında müxtəlif güclərdə KTM-lər və ÖİN xətləri quraşdırılıb.
Salyanda, Xızı rayonunun Yeni-Yaşma qəsəbəsində, Buzovnada istixanalar quraşdırılıb, Şabranda meyvə tərəvəz saxlanılması üçün iri həcmdə soyuducular tikilib təhvil verilib.
"Azərsu" ASC-nin sifarişi ilə Şağan, Şüvəlan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılması, Şabran rayonu ərazisində böyük həcmdə su bəndinin tikintisi işləri icra olunub.
Qeyd edək ki, xidmət keyfiyyəti ilə seçilən "Bakımexanizasiyanəqliyyat" ASC beynəlxalq İSO keyfiyyət sertifikatlarına malikdir.
Seçilən
30
oxu.az

1Mənbələr