AZ

Argentina BMT-nin Livandakı sülhməramlı kontingentindən qoşunlarını çıxaracaq

Argentina hökuməti öz qoşunlarını BMT-nin Livandakı Müvəqqəti Qüvvələrindən (UNIFIL) çıxarmaq qərarına gəlib. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məlumata görə, 10 min nəfərlik beynəlxalq kontingentə 48 ölkədən əsgər və zabitlər, o cümlədən Argentina ordusunun üç hərbçisi daxildir. Nəşrin qeyd etdiyi kimi, UNIFIL-in rəsmi nümayəndəsi Argentina hakimiyyətinin bu qərarının səbəblərini şərh etməkdən imtina edib.

İsraillə şiə Hizbullah hərəkatı arasında son iki ayda gedən döyüşlərdə 20-dən çox sülhməramlı yaralanıb.

Oxuməni.az

Seçilən
2
4
oxumeni.az

5Mənbələr