Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
"AzPolitika" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, o, “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb. Sözügedən "zerkalni" avtomobil nömrəsinin təxminən 20 min manat dəyəri var.
Xatırladaq ki, Elşən Babaşadə Dövlət Vergi orqanında müfəttişdir.
"AzPolitika.info"