XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Reyting.az xəbər verir ki, paylaşımda deyilir: "Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub".