Braziliya millisinin forvardı Vinisius Juniorun Kamerun əsilli olduğu ortaya çıxıb.
İdman.biz xəbər verir ki, bu, futbolçunun DNT testinə əsasən bəlli olub.
O, əcdadlarının Kamerunun Tikar tayfasından olduğunu öyrənib. 24 yaşlı hücumçuya bununla bağlı rəsmi sertifikat da təqdim olunub. Bu, DÇ-2026-nın seçmə mərhələsinin Braziliya - Uruqvay yığmaları arasındakı oyundan əvvəl reallaşıb.
Junior da Braziliya və Kamerun bayraqları ilə bəzədilmiş xüsusi köynək geyinib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz