Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, Azadlıq radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb.
Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar.
“İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahləri var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib.
Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.
Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.
10Mənbələr
-
sportinfo.az4 kəndlə bağlı QALMAQAL ÇIXDI - Sərhəd görüşü niyə müəmmalı AĞ BİNAda keçirildi? ( 1535126)
-
demokrat.azSərhəd görüşünün yeni detalları: Müəmmalı ağ bina... — FOTO ( 1526279)
-
olke.azSərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - FOTO ( 1524845)
-
editor.azSərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina… – FOTO ( 1524539)
-
musavat.comSərhəddə müəmmalı ağ bina: Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - FOTO ( 1521887)
-
musavat.comSərhəd görüşü niyə müəmmalı AĞ BİNADA keçirildi? – 4 kəndlə bağlı QALMAQAL ÇIXDI - detallar CANLIda ( 1522079)
-
musavat.comSərhəddə müəmmalı ağ bina: Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - FOTO ( 1521755)
-
globalinfo.azSərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina… – FOTO ( 1518458)
-
buta.tvSərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - Foto ( 1518236)
-
qaynarinfo.azSərhəddə müəmmalı ağ bina: Mustafayev-Qriqoryan görüşü haqda yeni detallar (FOTO) ( 1518248)