AZ

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 24 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 14, ikinci mərhələ üzrə vaksin vurduran olmayıb, üç və daha çox doza üzrə 9, pozitiv nəticədən sonra buster doza üzrə bir nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 921, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 533, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 431 təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
18
baku.ws

10Mənbələr