Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyunİran hökuməti yaxın gələcəkdə ölkədə peyk internetinin ilk operatoruna lisenziya verəcək.Olaylar.az xəbər verir ki, baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Yahsat" şirkəti və onun provayderi "YahСlick" İran vətəndaşlarına peyk interneti xidməti göstərməyə hazırdır və İran hökuməti bu təşəbbüsü dəstəkləyir.Müvafiq razılaşmanın dekabrın 15-də İranın Dubaydakı baş konsulluğunda baş konsulun və İranın Rabitə Nazirliyinin bir neçə nümayəndəsinin iştirakı ilə imzalandığı qeyd olunub. İmzalanma mərasimində iştirak edən BƏƏ nümayəndələri barədə məlumat açıqlanmayıb.Qeyd edək ki, İlon Mask 2022-ci ildə İrandakı etirazlar zamanı "Starlink" peyk internet şəbəkəsi vasitəsilə İran vətəndaşlarını internetə çıxışla təmin etməyə hazır olduğunu bildirmişdi. (Trend)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta