Tarix: 30 Dekabr 2023 14:48
Rusiya Silahlı Qüvvələrinin hücumundan sonra Ukraynada rus ordusunun raketlərinin tükəndiyi ilə bağlı bütün söhbətlər dayandı. Eyni zamanda, bu söhbətlər Qərbdə də bitdi.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Markov bildirib ki, indi bütün söhbət Ukrayna Silahlı Qüvvələrinin raketlərinin tükənməsi ətrafında gedir:
"Bəs NATO nə etməlidir? Üç variant var.
Birincisi, Rusiyaya güzəştə getmək və münaqişəni dondurmaq. İkincisi, NATO ölkələrinin iqtisadiyyatını sürətli şəkildə hərbiləşdirmək. Üçüncüsü isə 1 və 2-ci variantı birləşdirmək. Yəni, Minsk 3 modelinə uyğun barışıq və 2024-cü ilə qədər Ukrayna ordusunu yenidən silahlandırıb, 2025-ci ildə yeni müharibəyə başlamaq. Seçim çətindir. Onlar bir neçə ay ərzində yeni strategiya hazırlamalıdırlar. Bunun nə olacağı hələ bəlli deyil. Hətta ictimai müzakirələr də aparılmır - hər şeyi birbaşa adlandırmaqdan qorxurlar".
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta